Onlayn kitabxanada audiokitabların sayı artırıldı
Bizi izləyin

Elm və təhsil

Onlayn kitabxanada audiokitabların sayı artırıldı

Görmə məhdudiyyəti olan şəxslər üçün onlayn kitabxanada audiokitabların sayı iki dəfədən çox artırılıb.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, bazadakı kitablar barədə "1541" telefon nömrəsi vasitəsilə məlumat almaq olar: "Hazırda onlayn audiokitabxanada 300 audiokitab var. Bu ilin əvvəlindən bazaya 206 kitab daxil edilib".

Hazırda istifadəçilərin sayı 3,3 min nəfərə yaxındır, onlayn kitabxanaya daxil olan zənglərin sayı isə 45 mini ötüb.

Kitabxanada aşağıdakı janrlarda kitablar yer alır: şifahi xalq ədəbiyyatı, müasir ədəbiyyat, klassik ədəbiyyat, xarici ədəbiyyat, dini ədəbiyyat, uşaq ədəbiyyatı, tarixi ədəbiyyat, poeziya və nağıllar.

Onlayn audiokitabxanada kitabı sonuncu dəfə qalan yerdən dinləməyə başlamaq funksiyası mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm