Əvvəl killer, sonra məhbus, indi isə... - “Popay” necə Hollivud ulduzu oldu? - - FOTOLAR
Bizi izləyin

Cinayət dünyası

Əvvəl killer, sonra məhbus, indi isə... - “Popay” necə Hollivud ulduzu oldu? - - FOTOLAR

Kolumbiyalı narkobaron Pablo Eskobarın sadiq killeri "Popay" ləqəbi Con Xayro Velaskes Vaskes qatı cinayətkar olduğu halda kino ulduzu kimi fenomen olub.

Publika.az xəbər verir ki, bir gün ərzində ən az 5-6 insanı qətlə yetirən cinayətkar Hollivudda filmlərə çəkilir, kitablar yazır.

Yeli telekanallardan biri ondan müsahibə alıb. Müsahibə zamanı "Popay" özü etiraf edib ki, bu günə qədər o, şəxsən 250 nəfərdən çox adamı qətlə yetirib. 23 il həbsxana həyatı yaşayan “Popay” bir neçə il əvvəl azadlığa çıxıb.

İndi “Popay” "hollivud ulduzlarından" daha yaxşı həyat yaşayır. Onun şəxsi "Yutub" kanalında yüzlərlə, minlərlə izləyicisi var. Kolumbiyalı cinayətkar bir neçə film təklifləri də alıb.

İnsanları necə həvəslə qətlə yetirdiyindən danışan “Popay” ən dəhşətli işgəncələrini etiraf edib:

"Bir dəfə qətl əmri gəldi. Necə öldürəcəyimə özüm qərar verirdim. Gənc qız idi və çox gözəl dırnaqları var idi. Mən onları bir-bir çıxartdım. Qanını stəkana doldurub içdim. Ümumiyyətlə, əgər Pablo Eskobar mənə öz atamı öldürməyi əmr etsəydi, mən sorğu-sualsız atamı öldürərdim".

O, həm də 1989-cu ildə 27 noyabr terror aktının təşkilatçılarından biri olub. Terror aktı nəticəsində 107 insan həlak olmuşdu.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm