Cinayət dünyası
Kriminal aləmin diqqəti orada: "Lotu Quli"nin taleyi həll olunur
Yeni il bayram günlərində Moskvada "oğru sxodkası"
keçiriləcək. Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu
Quli" ləqəbi ilə məşhur olan Nadir Səlifovun gələcək taleyi bu
"sxodka"dan asılıdır.
Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın məlumatlı
mənbələr məlumat verib. Kriminal dünyanın bütün diqqəti qarşıdakı
bu hadisəyə yönəlib. Bu hadisə xüsusi xidmət orqanlarının da az
marağına səbəb olmayıb. Çünki onlar da cinayətkar qruplaşmaların
liderlərinin toplaşacağı yeri müəyyən etməyə cəhd göstərir.
Xatırladaq ki, Səlifov oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin
qərarı ilə azadlığa buraxılıb. Kriminal avtoritet Azərbaycan
sərhədlərini dərhal tərk edərək qardaşları ilə birlikdə İstanbula
gedib.
Səlifov 22 il dəmir barmaqlıqlar arasında olub ki, onun da 10 ilini
Qobustan qapalı tipli həbsxanasında keçirib. O, hələ beş ilə qədər
də həbsxanada oturmalı idi.
Bütün bunlarla yanaşı, nüfuzlu kriminal avtoritetlərin toplaşacağı
Moskva "sxodka"sında 41 yaşlı "qanuni oğru" Georgi Giorqadze
(Vladimir, "Giya Kutaisski") kiminlə dostluq edəcəyinə aydınlıq
gətirəcək. Əgər "Giya Kutaisski" "Lotu Quli"ni seçsə (hansı ki,
sonuncu bunu çox arzulayır), Səlifov praktiki olaraq
"toxunulmazlıq" statusu əldə edəcək. Çünki "Giya Kutaisski" öz
dairəsində "sözübütöv oğru" kimi xüsusi hörmət və nüfuza
malikdir.
O da məlumdur ki, gözlənilən görüşdə bu "qanuni oğru"ların iştirakı
təsdiqlənib: Eduard Asatryan ("Osetrin"), Vasili Xristoforov
("Vasya Voskress"), Vladimir Tyurin ("Tyurik"), Oleq Şişkanov
("Çiçkan"), Oleq Muxametşin ("Muxa"), Kaxaber Parpaliya ("Kaxa
Qalski"), Vladimir Barkalov ("Vova Blondin"), Vladimir Zyatkov
("Zyatek") və başqaları.
Buna paralel olaraq, hazırda İstanbulda olan Səlifov və digər
"qanuni oğru"lar da Türkiyədə toplaşacaqlar. Moskva ilə Türkiyə
arasında videokörpü təşkil ediləcək.
"Sxodka"nın gündəliyində digər "qanuni oğru" Yuri Piçuqinin də
gələcək taleyinə aydınlıq gətirmək durur. Məsləkdaşlarının ona
çoxlu sualları var. Amma Nadir Səlifovun ona xüsusi iradı var. İş
ondadır ki, "Giya Kutaisski"nin himayəsini təkcə Səlifov deyil,
eləcə də bu yaxınlarda azadlığa çıxmış Merab Canqveladze, Badri
Koquaşvili ("Badri Kutaisski") və Eduard Asatryan da qazanmaq
istəyir. İndi "Giya Kutaisski"nin qarşısında seçim dayanır.
Qeyd etmək laızmdır ki, "Guya Kutaisski" heç vaxt səhv buraxmayan
oğrulardandır. Onun haqqında deyilənə görə, Giya o qədər
ehtiyatlıdır ki, qarın üstündə yeriyir, amma orada heç bir iz
buraxmır.
Kutaisski sadəcə bir dəfə cibgirlik üstündə həbsxanaya düşüb və
cəzasını xüsusi rejimli koloniya olan "Ağ qu quşu"nda çəkib. Onun
bura düşməsi oğru kastasındakı gələcək mövcudluğunu təmin edib.
Onun azadlığa çıxmasından dərhal sonra "Lujniki" stadionu
yaxınlığındakı restoranda 100 nəfərin iştirakı ilə irimiqyaslı
"oğru sxodkası" keçirilib. Burada "Giya Kutaisski" yekdil səslə
"qanuni oğru" adı ilə taclandırılıb.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO