“Versace”-nin yeni çantaları belə olacaq - FOTOLAR
Bizi izləyin

Dəb

“Versace”-nin yeni çantaları belə olacaq - FOTOLAR

Tarixi irs və müasir texnologiyalar “Versace” moda evinin yeni buraxdığı aksessuarlarda cəmlənib.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, moda evinin yeni çanta kolleksiyası yunan meandr ornamenti əsasında hazırlanıb. Məhz bu naxış çantaların əsas mövzusu olub.

Görünür, Donatella Versace heç şübhə etmir ki, “Versace” moda evi yunan mədəniyyətinə müraciət etməkdə doğru iş görüb. Onun sözlərinə görə, daha keçmişin arxivlərində nə isə axtarmaq istəmir: “Zəngin irsin olması yaxşı haldır, amma gələcək haqqında da düşünmək vaxtı çatıb".

Yeni buraxılan hər bir çantanın daxili cibi var, orada qızılı hərflərlə “Greek” həştəqi yazılıb. Bütün modellər yüksək keyfiyyətli materialları, iri hamar maqnit düymələri və meandr naxışlı balaca qayışları ilə seçilir. Çantaların rəng palitrası da çox parlaqdır: qara ilə parlaq sarı, bir-biri ilə təzad təşkil edən qırmızı və yaşıl.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm