Keçmiş prezidentin həyat yoldaşı bahalı zinət əşyalarını nümayiş etdirdi - FOTOLAR
Bizi izləyin

Dəb

Keçmiş prezidentin həyat yoldaşı bahalı zinət əşyalarını nümayiş etdirdi - FOTOLAR

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin həyat yoldaşı, model Karla Bruni Sarkozi məşhur zərgərlik evi “Bvlgari”-nin yeni “Diva” kolleksiyasının reklam kampaniyasında çəkilib. Karla Bruni fövqəladə nadir və qiymətli daşlardan ibarət zərgərlik məmulatlarını öz üzərində nümayiş etdirib.

Kolleksiya 50-60-cı illərin ən parlaq şəxsiyyətlərinin şərəfinə hazırlanıb. Dizaynerlər bu kolleksiyanın yaradılmasında Sofi Loren kimi İtaliyanın ən böyük kinoulduzlarından ilhamlanıblar. Müxtəlif gül formasında hazırlanan zərgərlik məmulatları füsunkar və qiymətli daşlarla bəzədilib. Rəngarəng daşların simfoniyasına söz ola bilməz.

Kolleksiyanın saatları xüsusi ilə seçilir. Onlar dünyanın hər yerində əbədi klassika sayılır. “Bvlgari” saatları uzun illərdir ki, moda evinin simvoluna çevrilib. Bu saatlar özündə zərifliyi və gözəl üslubu təcəssüm etdirir. Saatların hər mərhələsi, xırda detalları və dizaynın hər elementi diqqətlə hazırlanıb.

Xatırladaq ki, Karla Brunini birinci xanım olduğu illərdə bahalı və gözəgəlimli daş-qaşlara olan məhəbbətinə görə tənqid edirdilər. Çünki o, rəsmi qəbullarda da təmtəraqlı zinət əşyalarından imtina edə bilmirdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm