İnteryerdə dəbdəbədən uzaq sadə tərz - FOTOLAR
Bizi izləyin

Dizayn

İnteryerdə dəbdəbədən uzaq sadə tərz - FOTOLAR

Sadə və köhnəlmiş əşyalardan, bahalı olmayan stol və stullardan ibarət dekorasiya “country” tərzi adlanır. "Country" tərzi interyerdə təbiiliyi təmsil edir. Keçmişdən günümüzə bir körpü vəzifəsini yerinə yetirən həmin tərz dəbdəbədən uzaq olsa da, çox qəşəngdir.

"Country" tərzində 3 əsas faktoru diqqətdə saxlamaq lazımdır. Bunlar rahatlıq, təbiilik və sadəlikdir. Dekorasiya zamanı mümkün qədər metal və rəqəmsal əşyalardan uzaq durulmalıdır.

"Country" stilində mebellər, adətən, açıq rəngli olur. Əsasən, qoz ağacından və ya qırmızımtıl taxta materiallardan istifadə olunur. Eyni zamanda, bu tərzə aid kreslo nümunələri çox geniş hazırlanır. Onlarda rahat oturmaq və söykənmək mümkün olur. Eyvanda və ya bağçada bu tərzi yaratmaq istədikdə həsir və bambuk mebellərə üstünlük verirlər.

Əksərən açıq rənglərdən yaradılan bu tərz mebellərlə təbiətin rəngi evlərinizə gətirilir. Fon ağ, mebellər qəhvəyi, krem və pastel çalarlarında ola bilər. Bu sadəliyi çiçək naxışlı parçalar izləməlidir. Ona görə də, adətən, dama, zolaqlı və çiçək naxışlı parçalardan istifadə olunur. Bu 3 göz yormayan naxışı asanlıqla bir araya gətirərək evlərinizdə təbii görünüş yarada bilərsiniz.

Bu tərz evlərə aksessuar seçərkən həsir səbətlər və çilçıraqlardan, həmçinin, keramika və torpaqdan hazırlanmış aksessuarlardan istifadə uğurlu alınar.

“Country” tərzində qurulan mətbəxlər də səmimi, isti bir mühit yaradır. Yalnız mətbəx mebelləri təbii və işlənməmiş variantda olur. Açıq rəflərə düzülmüş rəngarəng boşqablar da bu tərzə xasdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm