
PKK terror təşkilatı Suriya və İraqdakı döyüşlərdə itirdiyi üzvlərinin yerini Türkiyənin cənub-şərq və cənub vilayətlərində yaşayan uşaqları qaçıraraq doldurmaq istəyir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, son yeddi ayda terror təşkilatı tərəfindən 5 minə qədər uşaq qaçırılıb.
Türkiyənin təhlükəsizlik gücləri son iki ildə PKK terror təşkilatının sıralarında Suriya və İraqdakı döyüşlərdə ölənlərin çoxunun 15-18 yaşlarında olmasına diqqət çəkir. Uşaqların “kürd dəhlizi qurulacaq”, "muxtar bölgə yaradılacaq”, yaxud da “kürd dövləti yaradılacaq” kimi vədlərlə aldadıldığı və digər yollarla qaçırıldığı bildirilir.
PKK-nın qaçırdığı uşaqları 3 həftəlik təlimdən sonra qaynar nöqtələrə, xüsusilə Suriyanın Rojava və Şimali İraqın Şenqal bölgəsinə göndərdiyi deyilir.
Ömər Dağlı