Dünya
“Sağ sektor” lideri: “Biz qoyunlar deyilik ki...”
Ukraynanın “Sağ sektor” təşkilatının lideri Dmitri Yaroş Mukaçevo şəhərində terrorçuluğa qarşı əməliyyat barədə Ukrayna Təhlükəsizlik Xidmətinin hazırladığı qərarı sərt formada tənqid edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Yaroş prezident Pyotr Poroşenko, hökumət və Ali Rada da daxil olmaqla bütün ölkə rəhbərliyinin istefa verməsini tələb edib.
“Görürəm ki, Ukrayna prezidenti, Ali Baş Komandan öz yerində deyil. O, dövlətə effektiv rəhbərlik edə bilmir. “Sağ sektor”un qurultayında da fikrimi səsləndirəcəyəm, artıq prezidentin və hökumətin istefası, həmçinin Ali Radanın buraxılması haqqında danışmaq lazımdır”. - Yaroş bildirib.
“Sağ sektor” lideri qeyd edbi ki, əgər Təhlükəsizlik Xidmətinin gücləri onun döyüşçülərinin mövqelərinə hücum edərsə, onlar müdafiə olunacaqlar: “Biz kəsilmək üçün aparılan qoyunlar deyilik. “Sağ sektor” güclərinin ləğvi yalnız Mukaşevoda olmayacaq. Onlar bizim bazalarımızı mühasirəyə alacalq, silahsızlaşmaya başlayacaqlar. Əlbəttə ki, biz müqavimət göstərəcəyik, buna şübhə yoxdur”.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Mukaşevoda terrorçuluğa qarşı əməliyyatın keçirilməsi haqqında qərar hazırlayıb. Amma qərar hələ qəbul edilməyib.
Ömər Dağlı
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?