İŞİD komandiri 6 milyonu oğurlayaraq Türkiyəyə qaçdı – FOTO
Bizi izləyin

Dünya

İŞİD komandiri 6 milyonu oğurlayaraq Türkiyəyə qaçdı – FOTO

Suriyanın Haseki şəhərində İŞİD-in Tunis əsilli komandiri Əbu Fatimə əl-Tunusi ötən ay təşkilatın kassasından 6 milyon dollar pulu oğurlayaraq qaçıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD komandiri qaçarkən, kassada bir yazılı məktub da qoyub.

Oğurluq edən komandir məktubunda İŞİD-ə müraciət edərək yazır: “Ey axmaq İŞİD üzvləri. Nə İslam dövləti, nə xilafət?”

Qeyd edək ki, Suriyadan Türkiyəyə qaçdığı ehtimal edilən İŞİD-in sabiq komandiri hazırda təşkilat tərəfindən axtarılır. Əbu Fatimə əl-Tunusinin tutulması üçün İŞİD xüsusi əməliyyata başlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm