"Qazprom" "Turkmənqaz"ı məhkəməyə verib
Bizi izləyin

Dünya

"Qazprom" "Turkmənqaz"ı məhkəməyə verib

Rusiyanın “Qazprom” şirkəti Türkmənistanın “Türkmənqaz” şirkətini Stokholmdakı arbitiraj məhkəməsinə verib.

Publika.az-ın məlumatına görə, “Qazprom” rəsmisi bunun qiymətlə bağlı olduğunu bildirsə də, əlavə açıqlama verməyib.

“Türkmənqaz” bu ilin fevralında “Qazprom”u 2015-ci ildən başlayaraq ödəniş etməməkdə günahlandırmışdı. Amma “Qazprom” həmin vaxt məsələyə münasibət bildirməmişdi. “Qazprom” Türkmənistandan daxili təlabat və satmaq üçün qaz alır. Amma Türkmənistan Çinə qaz ixracını artırdığından bu il Rusiyaya verilən qazın həcmi azalıb.

Forbes jurnalının yazdığına görə, Rusiya qazın hər 1000 kub metrini Türkmənistandan təxminən 240 dollara alır.

Türkmənistan hazırda Çinə il ərzində 30 milyard kubmetrədək qaz satır və bunu 2020-ci ilədək iki dəfə artırmaq fikrindədir. “Qazprom” da 2018-ci ildən Çinə qaz satmağı planlaşdırır və bunu getdikcə illik 38 milyard kubmetrə çatdırmaq fikrindədir.

Türkmənistan hazırda qaz ehtiyatına görə dünyada dördüncüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm