Abdullah Öcalanın ölüm xəbəri yayıldı - VİDEO
Bizi izləyin

Dünya

Abdullah Öcalanın ölüm xəbəri yayıldı - VİDEO

Türkiyədə PKK terror təşkilatının lideri Abdullah Öcalanın ölüm xəbəri yayılıb.

Publika.az-ın məlumatına görə bu barədə Milliyətçi Hərəkat Partiyasının (MHB) Ankaradan seçilmiş millət vəkili Şevkət Çətin Tvitter hesabında xəbər yayıb. Onun yazdığına görə, hazırda Öcalanın saxlandığı adaya giriş qadağan edilib və mətbuata susmaq əmri verilib.

Amma Türkiyənin ədliyyə naziri Kənan İpək məlumatı təkzib edib.

"Son günlərdə bəzi internet saytlarında PKK lideri Abdullah Öcalanın öldüyünə dair bəzi xəbərlərin yazıldığı və bu xəbərlərin sosial mediada yayıldığı müşahidə edilib. Abdullah Öcalanın öldüyü barədə yayılmış bu xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu xəbərlərin müəyyən məqsədlərlə yayıldığı aydın görünür",- nazir vurğulayıb.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm