• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Özbəkistan terrorun caynağında: İŞİD-ə sədaqət andı içdilər

  • Dünya
  • 7 Avqust 2015 16:03
  • 1 263 Baxış
Özbəkistan terrorun caynağında: İŞİD-ə sədaqət andı içdilər

“Özbəkistan islam hərəkatı” “İslam dövləti” (İŞİD) terror təşkilatı və onun lideri Əbubəkr Əl-Bağdadiyə sədaqət andı içiblər.

Publika.az “Ozodi” radiosunun (“Azadlıq” radiosunun yerli xidməti) internet saytına istinadən xəbər verir ki, "Özbəkistanın İslam hərəkatı" bununla bağlı videoçarx dərc edib.

Videmüraciəti təşkilatın nümayəndəsi Səid Hafiz və özünü Xorasanın valisi adlandıran şəxs oxuyur. “İndi “Özbəkistan İslam hərəkatı” Xorasanda rəsmən xəlifənin qoşunu hesab edilir”, - bəyanatda deyilir.

“Özbəkistan islam hərəkatı” Özbəkistan hakimiyyətinə müxalif bir sıra siyasi partiyaların və respublika ərazisində fəaliyyəti qadağan edilən təşkilatların üzvləri tərəfindən müxalifət təşkilatı kimi yaradılıb.

Qeyd edək ki, Böyük Xorasan tarixən Böyük İranın tərkibinə daxil olub və Əfqanıstan, Türkmənistan, Özbəkistan və Tacikistanın bir sıra ərazilərini birləşdirirdi. Hazırda İranda bu adda vilayət var. İŞİD və “Özbəkistan islam hərəkatı” isə müasir Mərkəzi Asiyanı Xorasan adlandırırlar.

Mərkəzi Asiya son vaxtlar cihadın yeni sərhədi hesab edilir. İddiaya görə, İŞİD döyüşçülərinə qarşı yeni cəbhə xətti Tacikistan və Əfqanıstan sərhədləri boyu formalaşdırılır. Yüksək vəzifəli tacik hərbçiləri və kəşfiyyatçıların sözlərinə görə, İŞİD-in minlərlə döyüşçüsü Əfqanıstanın şimalında böyük əraziləri tutub. Onların sözlərinə görə, İŞİD-in buradakı məqsədi strateji əfqan şəhərlərini tutmaq və Mərkəzi Asiyaya keçməkdir. Bildirilir ki, üç qeyri-stabil dövlətdə İŞİD döyüşçülərinin əhəmiyyətli ekspansiyasının perspektivi olduqca yüksəkdir.

Mərkəzi Asiya dövlətlərinin verdiyi rəsmi məlumata görə, regionun təxminən 1500 sakini hazırda Suriyada İŞİD üçün vuruşurlar. Tacikistan Daxili İşlər Nazirliyinin polkovniki, xüsusi təyinatlı milis dəstəsinin komandiri (OMON) Qulmurod Xalimovun ölkəni tərk edərək İŞİD terror təşkilatına qoşulması isə ölkə hökuməti üçün böyük şok oldu.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR