Dünya
Rasim Musabəyov: "Türkiyə müharibəni genişləndirir"
“Türkiyə Silahlı Qüvvələri İŞİD və PKK-ya qarşı
əməliyyatlara başlayandan sonra bəzi Qərb KİV-ləri Ankaraya israrla
İŞİD-lə mübarizə aparmağı, PKK ilə razılığa gəlməyi məsləhət
görürlər. Bu mövqeyi ikiüzlülük adlandırmamaq olmur”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, türkiyə hökuməti PKK ilə problemin sülh yolu
ilə həll olunması üçün Qərbin bütün tövsiyələrini praktiki olaraq
reallaşdırdı: “Kürdlər barəsindəki bütün qadağalar ləğv olundu.
Partiya liderləri seçkilərə buraxıldı. Ölkənin cənub-şərqində
bələdiyyələrin çoxuna kürdlər rəhbərlik edir. İyunun 7-də keçirilən
parlament seçkilərində kürd partiyası baryeri keçə bildi. Dil
məhdudiyyəti aradan qaldırılıb, kürd dilində radioverilişlər
yayımlanır. Bunun əvəzində PKK sülhə əməl etməli və silahı yerə
qoymalı idi. Lakin bu baş vermədi. Suriyada və İraqda İŞİD-i bəhanə
edən PKK Türkiyədə öz silahlı qruplaşmalarını buraxmadı. Hədəf
aydındır: Türkiyə hökumətinə hərbi təzyiq imkanını saxlamaq. İş
terrora çatanda və ölkənin ərazi bütövlüyünə təhlükə yarananda
artıq buna göz yummaq olmazdı. Ankara İŞİD-lə yanaşı, PKK-nı da
vurdu. Qərbin liberal dairələrinin birtərəfli fikirlərinin əksinə
olaraq, Türkiyə kürdlərlə müharibə aparmır, onlarla birgə yaşamaq
istəyir”.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu