Ukrayna üçün yeganə variant açıqlandı: “Başqa variant görmürəm”
Bizi izləyin

Dünya

Ukrayna üçün yeganə variant açıqlandı: “Başqa variant görmürəm”

“Ukrayna üçün Donbas hövzəsində tək varint mövcuddur: dayanmaq və təxribatlara təslim olmamaq”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının beynəlxalq münasibətlər üzrə Berlin bürosunun eksperti Qustav Qressel deyib.

“Mən hazırda Ukrayna üçün dayanmaq və təxribatlara təslim olmamaqdan başqa variant görmürəm. Baxmayaraq ki, bu olduqca ağrılı işdir”, - Qressel bildirib.

Ekspert Donbas hövzəsində Kremlin bundan sonrakı addımları proqnozlaşdırıb. Onun sözlərinə görə, Kreml gürcü ssenarisini reallaşdırmaq istəyir. “Moskva daimi təxribatlar və döyüşlərin köməyi ilə Ukraynanı tarazlıqdan çıxarmağa və onu hücuma keçməyə məcbur etməyə çalışır”, - analitik xəbərdarlıq edib.

Qressel həmçinin inandırıb ki, Rusiya Ukraynada öz hədəfinə çatmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm