“Qafqaz əmirliyi”nin daha bir lideri öldürüldü
Bizi izləyin

Dünya

“Qafqaz əmirliyi”nin daha bir lideri öldürüldü

Dağıstan Muxtar Respublikasının Untsukul rayonunda “Dağlıq sektorunun əmiri”, 1986-cı il təvəllüdlü Maqomed Abdullayev xüsusi əməliyyatın gedişatında öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Agentliyin mənbəyi xüsusi əməliyyatın davam etdiyini deyib.

Untsukul rayonunda anti-terror əməliyyatı avqustun 10-da başlanıb. Həmin dörd döyüşçü, həmçinin “Qafqaz Əmirliyi”nin lideri Moqamed Süleymanov və “Dağıstan vilayətinin əmiri” Tamil Saidov öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm