Poroşenko Putinin “qardaşlıq” söhbətinə nöqtə qoydu
Bizi izləyin

Dünya

Poroşenko Putinin “qardaşlıq” söhbətinə nöqtə qoydu

“Ruslar və ukraynalılar vahid xalq deyillər”.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinin iki ölkənin yaxınlığı haqqında fikirlərini şərh edərkən deyib.

“Bizim aramızda müharibə gedir və heç bir qardaş xalqlar yoxdur. Avropaya üz tutan vahid Ukrayna xalqı və dərin böhranda olan rus xalqı var”, - Poroşenko ictimai xadimlərlə görüşdə söyləyib.

Qeyd edək ki, Putin Krımda milli ictimai birliklərin nümayəndələri ilə görüşdə ruslar və ukraynalıların vahid xalq olduğunu deyib. O, ümid etdiyini bildirib ki, Ukrayna öz gələcəyini Rusiya ilə birlikdə quracaq. Putin xatırladıb ki, bu gün Rusiya ərazisində üç milyon ukraynalı yaşayır və onların böyük əksəriyyəti çağırış yaşlı kişilərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm