Dünya
Vladimir Putin: "Ukrayna SSRİ-nin tərkibindən qanuni yolla çıxmayıb"
Rusiya prezidenti Vladimir Putinlə Krım tatarlarının lideri Mustafa Abdulcəmil Krımoğlu arasında telefon danışığı olub.
Tatarıstanın sabiq prezidenti Mintimer Şaymiyevin vasitəçiliyi ilə baş tutan danışıqda Krımdakı vəziyyət müzakirə olunub.
Abdulcəmil Krimoğlu açıqlamasında bildirib ki, Putinə Krıma
müdaxilə edilməsinə qarşı çıxıb və bunun yolverilməz sayıb: "Putin
bildirdi ki, Krım məsələsi ilə bağlı yekun qərar 16 martda
keçiriləcək referendumdan sonra veriləcək. Putinə görə, Ukraynanın
öz müstəqilliyini elan etməsini respublikaların SSRİ-nin
tərkibindən çıxması üçün nəzərdə tutan sovet normalarına uyğun baş
verməyib”.
Rusiya prezidenti telefon söhbətində Krımda Rusiya qoşunlarının
geri çəkmək fikrində olmadığını bildirməklə yanaşı tatarlarla hər
hansı gərginliyin yaşanmaması ilə bağlı tapşırıqlar verdiyini
söyləyib. Abdulcəmil Krımoğlunun sözlərinə görə, Putin ondan
tatarların münaqişəyə qarışmamasını istəyib: "Putin dedi ki,
ukraynalı millətçilər və banderaçılar tatarları münaqişəyə cəlb
etmək istəyir. Tatarların təhlükəziliyi ilə bağlı danışdıq. O, məni
əmin etdi ki, tatarların təhlükəziliyi təmin olunacaq".
/anspress/
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO