Türkiyə ayağa qalxdı: PKK əleyhinə mitinqlər keçirilir
Bizi izləyin

Dünya

Türkiyə ayağa qalxdı: PKK əleyhinə mitinqlər keçirilir

İstanbul, Samsun, Kırıkkale, Bursa və Mersin də daxil olmaqla Türkiyənin bir sıra böyük şəhərlərində PKK-ya qarşı etiraz mitinqləri keçirilib.

Anadolu Agentliyinin məlumatına görə, dinc şəkildə keçirilmiş mitinqlərdə PKK-dan qanlı terrorlara son qoymaq tələb olunub. Nümayişlərdə “Vətənə sevgi”, “Şəhidlərə ehtiram” şüarları səsləndirilib, Türkiyənin İstiqlal marşı oxunub.

Rəsmi məlumatlara görə, son 48 gün ərzində PKK tərəfindən 57 nəfər hərbçi, 15 mülki şəxs qətlə yetirilib, 204 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm