ABŞ Uzaq Şərqdə nüvə müharibəsinə hazırlaşır
Bizi izləyin

Dünya

ABŞ Uzaq Şərqdə nüvə müharibəsinə hazırlaşır

Şimali Koreya Sarı dənizə təxminən 20 ədəd döyüş kateri göndərib.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Renxap” agentliyi bildirib.

Döyüş katerlərinin Sarı dənizinə göndərilməsi barədə informasiyanın Seul və Pxenyan arasında danışıqların ikinci raundunun keçirildiyi gündə yayılması diqqət çəkir. Ekspertlər Şimali Koreyanın bu addımı güc nümayişi kimi qiymətləndirirlər.

Digər bir məlumata görə, Seul və Vaşinqton Amerikanın “B-52” strateji nüvə bombardmançıları və atom sualtı gəmisinin Koreya yarımadasının cənubuna göndərilməsi imkanlarını müzakirə edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm