Krıma dəhliz üçün müharibə başladı: 7 ölü, 13 yaralı
Bizi izləyin

Dünya

Krıma dəhliz üçün müharibə başladı: 7 ölü, 13 yaralı

Ukrayna ordusu ilə separatçılar arasında son gündə şiddətli döyüşlər gedib.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının anti-terror məsələləri üzrə nümayəndəsi Aleksandr Motuzyanik deyib.

Onun sözlərinə görə, son 24 saatda baş verən döyüşlərdə 7 Ukrayna hərbçisi həyatını itirib, 13-ü yaralanıb. Aleksandr Motuzyanik qeyd edib ki, ən böyük itkilər Marinka və Mariupol şəhərləri istiqamətində qeydə alınıb.

Qarşı tərəfin itkiləri haqqında məlumat yoxdur.

Qeyd edək ki, analitiklər genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanacağı halda separatçıların əsas hədəfinin Mariupol şəhəri olacağını bildirirlər. Azov dənizinin sahilində yerləşən Mariupol ölkənin şərqindəki ən strateji məntəqələrdən biridir. Şəhərin Krıma gedən quru dəhlizin üzərində yerləşməsi isə onun strateji əhəmiyyətini bir neçə dəfə artırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm