Dünya
İŞİD türk əsgərini girov götürdü: ağır artilleriya Suriyaya yeridilir – ŞOK İDDİA
Türkiyə ilə Suriya sərhədində bir əsgərin şəhid olduğu, digərinin itkin düşdüyü silahlı qarşıdurma haqda şok iddia irəli sürülüb.
Publika.az xəbər verir ki, “Sputnik Rusiya” saytı
itkin düşən türk əsgərinin İŞİD tərəfindən girov götürüldüyünü
yazıb.
Türkiyədən İŞİD-ə qatılmaq istəyən bir qrup şəxs Kilis sərhədindəki
Ardıçlı kəndi yaxınlarında qeyri-qanuni yolla Suriyaya keçmək
istəyərkən türk sərhədçiləri bunun qarşısını almağa cəhd göstərib.
Bu vaxt türk əsgərləri ilə İŞİD döyüşçüləri arasında silahlı
toqquşma baş verib.
Əsgər Y. A. ayağından yaralandığı üçün qaça bilməyib və sərhədi
aşan İŞİD-çilər tərəfindən girov götürülüb. Məlumata görə, itkin
əsgər Suriyanın Çobanbəy qəsəbəsinə aparılıb və onun xəstəxanaya
yatırıldığı deyilir.
İddialara görə, İŞİD türk əsgərinin qarşılığında Ankaradan nə isə tələb edəcək. Hazırda itkin əsgərin tapılması istiqamətində işlər davam etdirilir. Sərhəddə mühafizə gücləndirilib, bölgəyə tanklar yeridilib. Ağır artilleriyanın Suriyaya tuşlandığı deyilir. Digər tərəfdən, itkin əsgərin tapılması üçün MİT hərəkətə keçib.
Asif Nərimanlı
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi