Ukraynada Saakaşvili üçün imza toplanır
Bizi izləyin

Dünya

Ukraynada Saakaşvili üçün imza toplanır

Ukrayna Prezidentinin rəsmi saytında Gürcüstanın eks-prezidenti, hazırda Odessa şəhərinin qubernatoru Mixail Saakaşvilinin baş nazir təyin olunması tələbi ilə elektron ərizə yerləşdirilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu təyinat üçün Saakaşvilinin 25 min imzaya ehtiyacı var. Hələlik tələb olunan 25 min imzadan 480-i toplanıb. Əgər 3 ay ərzində nəzərdə tutulan imza toplanarsa, Prezident Administrasiyası sənədə 10 gün içərisində baxacaq.

“İmkan verin o, Ukraynada islahatlar aparsın və korrupsiya ilə mübarizəyə başlasın” – deyə Vitali Biqun adlı ərizə müəllifi bildirib.

Qeyd edək ki, Ukraynada elektron ərizələrə baxılması qaydaları mövcuddur. Bir müddət əvvəl Prezident Pyotr Poroşenko bununla bağlı sərəncam imzalayıb.

Mixail Saakaşvili 2013-cü ilin noyabrında Gürcüstanı tərk edib. Bu ilin mayında isə Odessa qubernatoru təyin edilib.

Sevinc İbişova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm