• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Okeanoqrafiya, yoxsa casus gəmiləri? – Rusiya yeni hibrid müharibəsinə hazırlaşır

  • Dünya
  • 4 Sentyabr 2015 19:56
  • 1 075 Baxış
Okeanoqrafiya, yoxsa casus gəmiləri? – Rusiya yeni hibrid müharibəsinə hazırlaşır

Amerikanın kəşfiyyat gəmiləri, təyyarələri və peykləri Rusiyanın “Yantar” tədqiqat gəmisinin hərəkətlərini diqqətlə izləyir.

Publika.az “Fox News” nəşrinə istinadən xəbər verir ki, “Yantar” atom sualtı gəmilərin olduğu “Kings Bay” hərbi dəniz bazasının yaxınlığında işləyir.

Pentaqonun fikrincə, “Yantar” Amerikanın sualtı gəmilərinin marşrutlarını öyrənə bilər. Nəşrin məlumatına görə, amerikalılar “Yantar”ı avqustun sonlarından izləyirlər. Rus gəmisi həmin vaxt Kubaya tərəf hərəkət edirdi. Yüksək vəzifəli hərbi məmurun sözlərinə görə, gəmi ABŞ sahillərindən təxminən 300 mil məsafədə qeydə alınıb.

Daha bir mənbə “Fox News”a bildirib ki, Pentaqon beynəlxalq sularda olan daha bir Rusiya tədqiqat gəmisini izləyir. ABŞ təhqiqat gəmilərinin casus missiyasını yerinə yetirdiyini hesab edir. “Siz düşünürsünüz ki, bütün bunlar okeanoqrafiya gəmiləridir, balinaları öyrənirlər?” – mənbə deyib.

ABŞ Müdafiə Nazirliyinin məmurları hesab edirlər ki, “Yantar” Amerika sualtı gəmilərində istifadə edilən sualtı tənzimləyiciləri və başqa avadanlıqlar haqqında kəşfiyyat məlumatları toplayır. Kəşfiyyat sahəsində işləyən analitiklərin fikrincə, bu ilin əvvəlində suya endirilən Rusiyanın ən yeni hərbi-tədqiqat gəmilərindən biri Amerika raket daşıyıcıları və digər hədəflərin öyrənilməsinə xidmət edəcək. Bildirilir ki, gəmi Moskvanın böyük strateji kəşfiyyat əməliyyatının hissəsidir.

Pentaqonun nümayəndələrindən biri jurnalistlərə bildirib ki, Rusiya gəmisi dərin sularda izləmə sistemi və kabellərin kəsilməsi üçün avadanlıqla təchiz edilib. Amerika hərbi müəssisəsinin fikrincə, “Yantar” sualtı gəmilərdən başqa, transatlantik kabellər sistemini öyrənə bilər.

Hərbi mənbələrin versiyasına görə, “Yantar”ın qarşısında dayanan əsas vəzifə Pentaqonun DoDIN adlı məlumat şəbəkəsinin öyrənilməsidir. Hesab edilir ki, Rusiya şəbəkə haqqında məlumatları toplamaqla Qərblə qarşıdurmada əhəmiyyətli üstünlük təmin edəcək. Bundan başqa, ruslar sualtı kabellər sistemi ilə hibrid müharibəsinin aparılmasının yeni metodlarına yiyələnə bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR