Rza Zərrab barəsində həbs qərarı çıxarıldı
Bizi izləyin

Dünya

Rza Zərrab barəsində həbs qərarı çıxarıldı

Almaniya hökuməti əslən Azərbaycandan olan biznesmen Rza Zərrab haqqında həbs qərarı çıxarıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rza Zərrabın həbsi ilə bağlı qərarın çıxarılması xahişinin İran tərəfindən edildiyi iddia olunur.

İddialara görə, rəsmi Tehran Almaniya hökumətindən Rza Zərrabın həbsini xahiş edib. O, qızıl qaçaqmalçılığına görə İranda həbs olunan gənc milyarder Babek Zencani ilə əlbir olmaqda günahlandırılır.

Xatırladaq ki, Rza Zərrab Türkiyənin populyar müğənnisi Ebru Gündəşin həyat yoldaşıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm