Dərin dövlət, masonlar və NATO-nun xəyanəti – İslam dünyasına qarşı müharibə
Bizi izləyin

Dünya

Dərin dövlət, masonlar və NATO-nun xəyanəti – İslam dünyasına qarşı müharibə

“PKK-nın Türkiyəyə qarşı hücumu sadəcə terror aktları deyil, bu, postmodern müharibədir”.

Publika.az xəbər verir ki, bu barədə “Akit” qəzetinin yazarı Əbdürrəhman Dilipak “Topyekun hücum” adlı yazısında bildirib.

Onun iddiasına görə, xarici qüvvələr əslində Türkiyəni əsir almaqla İslam dünyasında yeni dövr başlatmaq istəyir: “Gəzi olaylarından tutmuş hazırda baş verən proseslərə qədər hər şeyin arxasında Türkiyənin müttəfiqi NATO var”.

Yazar daha sonra şok iddia irəli sürür. Onun fikrincə, bu prosesin içində bir çox qüvvələr, o cümlədən dərin dövlət də yer alır.

“Bu, sadəcə PKK məsələsi deyil. Son hücumlar və baş verən proseslərdə erməni terrorçuları, “paralel dövlət”, masonlar, dərin dövlət və bir çoxları koalisiya olaraq hərəkətə keçib. Birja şefləri, kommunistlər, radikal islamçılar, sağ və solçular, hər kəs bu cəbhədədir. Və hədəf İslam dünyasını məhv etmək, çökdürməkdir”, - deyə məqalədə qeyd olunur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm