“Ölüm manqası” Türkiyə qarşısında şok şərtlər irəli sürdü - Foto
Bizi izləyin

Dünya

“Ölüm manqası” Türkiyə qarşısında şok şərtlər irəli sürdü - Foto

Bağdadın Sadr bölgəsində stadionun inşasında işləyərkən şiə qrupları tərəfindən qaçırılan 18 türkiyəli fəhlənin ilk görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, şiə qrupu fəhlələrin azad olunması üçün tələblər irəli sürüb.

“Ölüm manqası” adlı qrupun tələbləri bunlardır: kürd neftinin Türkiyədən ixracı dayandırılsın. Suriyada Ceys-ül Fethin Fua və Kafrayyadakı (Suriyadakı şiə bölgələr – red) mühasirə dayandırılsın, türk əsgərləri İraqdan çıxarılsın.
Tələblər irəli sürən qrupun arxasında “Əmrindəyik ya Hüseyn” yazısı da xüsusi diqqət çəkib.

“Ərdoğan və Partiyası bu tələbləri yerinə yetirmədiyi təqdirdə, İraqdakı Türkiyə agentləri mümkün olan ən ağır şəkildə cəzalandırılacaq”, - deyə “Ölüm manqası” Ankaranı təhdid edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm