100-ü haqlayanların sayı 61500 nəfəri keçib
Bizi izləyin

Dünya

100-ü haqlayanların sayı 61500 nəfəri keçib

Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin məlumatına görə, ölkədə yaşı 100-dən yuxarı olanların sayı rekord həddə çataraq 61500-ü keçib.

Nazirlik sentyabrın 21-də qeyd olunacaq Ahıllar Günü ərəfəsində ölkədə 100-dən çox yaşı olanlar barədə ənənəvi illik hesabatı dərc edib. Nazirlikdən bildiriblər ki, Yaponiyada sentyabrın 1-ə olan məlumata görə, yaşı 100 və daha yuxarı olanların sayı 61568 nəfər təşkil edib ki, bu da ötən ilin göstəricisindən 2748 nəfər çoxdur. İlk dəfədir ki, ölkədə bu yaşda olan insanların sayı 60 mini keçib.

Məlumatda qeyd edilir ki, Yaponiyada 100 yaşını qeyd etmiş insanlar arasında qadınlar 87 faiz təşkil edir. Ölkənin ən yaşlı sakini isə Tokioda yaşayan 115 yaşlı qadındır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm