Gürcüstanda hərbi təlim zamanı azərbaycanlının evinə mərmi düşdü
Bizi izləyin

Dünya

Gürcüstanda hərbi təlim zamanı azərbaycanlının evinə mərmi düşdü

Gürcüstanda keçirilən hərbi təlimlər zamanı “Qrad” tipli artilleriya qurğusundan atılan mərmi Laqodexi rayonunda azərbaycanlıların yığcam yaşadıqları Qabal kəndinə Nadir Aslanovun evinə düşüb.

Mərmi evin damını və divarını dağıdıb. Yanğın baş verib, ev sahibinə məxsus əşyalar və ərzaq məhsulları tam yanıb. Xoşbəxtlikdən insan tələfatı olmayıb.

Faktla bağlı araşdırma aparılır.

N. Aslanova dəyən ziyanın məbləği hesablanır. Dövlət tərəfindən ona kompensasiya veriləcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm