İranda milli azlıqların festivalı keçirilib - FOTO
Bizi izləyin

Dünya

İranda milli azlıqların festivalı keçirilib - FOTO

İran İslam Respublikasında milli azlıqların və köçəri xalqlarının hüquqlarının, milli adət-ənənələrinin qorunması dövlət tərəfindən təmin edilir.

Bu günlərdə ölkənin cənub bölgəsində yaşayan Qaşqay və Bəxtiyari xalqlarının milli festivalı keçirilib.

Fars əyalətində keçirilən festivalda iştirak edən xalqların nümayəndələri, yaradıcı kollektivləri milli rəqslərini, oyunlarını, mətbəxlərini və başqa adət-ənənələrini nümayiş etdiriblər.

Tədbirdə Fars əyalətinin rəhbərləri ilə yanaşı, İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin təmsilçiləri və xarici jurnalistlər də iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm