Makkeyn: “Obama Putinin əlinə oynayır”
Bizi izləyin

Dünya

Makkeyn: “Obama Putinin əlinə oynayır”

ABŞ-ın respublikaçı senatoru Con Makkeyn BMT Baş Assambleyasının 70-ci sessiyasında Rusiya lideri Vladimir Putinlə görüşməyə razılıq verən ABŞ prezidenti Barak Obamanı tənqid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçinin bəyanatı onun rəsmi saytında dərc edilib.

“Belə bir görüşün keçirilməsi haqqında qərar yanlışdır. Görüş Rusiyanın əlinə oynayır, ABŞ-ın siyasətini pozur və və Putinin stabilliyi pozan davranışlarını qanuniləşdirir”, - Makkeyn deyib.

Senator hesab edir ki, ABŞ ordusu İŞİD-in öhdəsindən müstəqil şəkildə gələ bilərdi. Makkeynin fikrincə, Putin Yaxın Şərqdə Rusiyanın hakimiyyətini genişləndirmək istəyir. O, Obamaya Rusiyanın Suriya və Ukraynadakı hərəkətlərini qəbul etməməyi məsləhət görüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm