Səudiyyədən XƏBƏRDARLIQ: “Söz bitsə, silah danışacaq”
Bizi izləyin

Dünya

Səudiyyədən XƏBƏRDARLIQ: “Söz bitsə, silah danışacaq”

Səudiyyə Ərəbistanın xarici işlər naziri Adel əl-Cubeyr Suriya lideri Bəşər Əsədin devrilməsi ilə nəticələnəcək hərbi variantın olduğunu söyləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nazir hərbi variantın gündəmə gəlməsinin 2012-ci ildə təklif edilən “Yol xəritəsi”nin Əsəd tərəfindən qəbul edilib-edilməyəcəyi ilə bağlı olduğunu deyib.

Adel əl-Cubeyr qeyd edib ki, sözügedən “Yol xəritəsi” keçid hökumətində Əsədin əlini gücləndirəcək bir sənəddir. O, Əsədə qarşı döyüşən Azad Suriya Ordusu və mülayim müxalifətin çoxlu sayda ölkədən yardım aldığını və bu yardımın artırılacağını vurğulayıb.

“Suriyada problemin həlli üçün iki variant var. Bunlardan birincisi keçid hökumətinin olduğu siyasi müddətdir, digəri isə Əsədin devrilməsi ilə nəticələnəcək hərbi variantdır” – Səudiyyənin xarici siyasət idarəsinin başçısı qeyd edib.

İranı “Suriyadakı işğalçı güc” adlandıran nazir qeyd edib ki, İran Suriyadan çəkilmədiyi və “Hizbullah” Əsədi dəstəkləməkdən imtina etmədiyi müddətdə Suriya probleminin həlli çətin olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm