Merkel Türkiyədən mesaj verdi
Bizi izləyin

Dünya

Merkel Türkiyədən mesaj verdi

Almaniyanın Baş naziri Angela Merkel ilə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan arasında baş tutan görüş sona çatıb.

Axar.az xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçirilib, jurnalistlərin sualları cavablandırılıb. İki ölkə arasında müzakirə edilən əsas mövzu Suriyadan Türkiyəyə miqrant axını məsələsi olub.

Baş nazir Merkel sözügedən məsələdən dolayı, narahatlığını ifadə edərək qaçqın böhranı məsələsində Türkiyəyə dəstək göstərəcəklərini bildirib:

“Bu gün bizi narahat edən ən əsas məsələ Türkiyə və Qərbə miqrant axınının artmasıdır. Bu mövzu ətrafında çox mühüm müzakirələrimiz oldu. Bununla bərabər terrora qarşı mübarizədə Türkiyə ilə birgə hərəkət etməliyik. Türkiyəyə ziyarətim olduqca faydalı keçdi. Türkiyə iki milyona yaxın miqrantı qəbul etməklə çox böyük bir görəvin altına girib. Zənnimcə, hər iki məsələ ilə bağlı Türkiyənin yanında olmalıyıq”.

İkili arasında gerçəkləşən görüşdə viza anlaşması, Türkiyə ilə Avropa Birliyi arasında bundan sonrakı iş birliyi məsələləri də əsas müzakirə mövzulardan olub.

Qeyd edək ki, dövlət rəsmiləri ikitərəfli görüşlərin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə ediblər. Baş nazir Merkel konfransın sonunda növbəti görüşün Ankarada G 20 ölkələrinin sammitində olacağını diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm