İŞİD-ə qarşı yeni kadr: Obama təmsilçini dəyişdi
Bizi izləyin

Dünya

İŞİD-ə qarşı yeni kadr: Obama təmsilçini dəyişdi

ABŞ-ın İŞİD-ə qarşı mübarizə üzrə xüsusi təmsilçisi Con Allenin yerinə Bret Makqark təyin edilib.

Axar.az xəbər verir ki, ABŞ Prezidenti Barak Obama bu günə kimi göstərdiyi fəaliyyətinə görə Allenə təşəkkür edib. Yəni təyin etdiyi Makqarka isə işində uğurlar arzulayıb.

ABŞ Xarici İşlər naziri Con Kerri isə vəzifəsindən gedən Con Allenə hər zaman etibar etdiyini deyib. Bildirib ki, onun liderliyi dövründə İŞİD-in zəiflədilməsi istiqamətində xeyli işlər görülüb.

Qeyd edək ki, Con Allen 13 ay sözügedən vəzifədə qalıb. Makqark isə onun köməkçisi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm