Türkiyə İŞİD döyüşçülərini Yəmənə daşıyır - ŞOK İDDİA
Bizi izləyin

Dünya

Türkiyə İŞİD döyüşçülərini Yəmənə daşıyır - ŞOK İDDİA

Yaxın Şərq ölkələri, həmçinin Yəmənin müxtəlif əyalətlərindən gələn minlərlə döyüşçü Ədən liman şəhərindəki Salax-əd-Din düşərgəsinə gəlib.

Publika.az “Sputnik” agentliyinə istindən xəbər verir ki, bu barədə Yəmənin təhlükəsizlik strukturlarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, döyüşçülər buraya “İslam dövləti” (İŞİD) terror qruplaşmasına qoşulmaq və gələcəkdə husilərə qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün gəliblər.

O, qeyd edib ki, dəqiq rəqəm söyləmək mümkün olmasa da, İŞİD-ə qoşulmaq istəyənlərin sayı 1500-dən 2000-ə qədərdir. “Son günlər yüzlərlə döyüşçü bir neçə təyyarə ilə ən məxfi şəkildə Ədən aeroportuna eniblər”, - agentliyin həmsöhbəti deyib.

İki gün əvvəl Suriya ordusunun rəsmi nümayəndəsi, briqada generalı Əli Mayxub bildirib ki, İŞİD-in 500 döyüşçüsü təyyarə ilə Türkiyədən Yəmənə gəlib. “Onları Rusiyanın aviazərbələrindən xilas edərək Suriyadan çıxarıblar”, - o, qeyd edib.

Mayxubun sözlərinə görə, döyüşçüləri Səudiyyə Ərəbistanı koalisiyasının zabitləri qarşılayıblar və onları Ədən aeroportdan ölkənin müxtəlif regionlarına aparıblar. Onların husilərə qarşı döyüş əməliyyatlarında iştirak edəcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm