
Dağıstanın Xasavyurt rayonunda Rusiya güc strukturlarının apardığı əməliyyat nəticəsində əslən Azərbaycandan olan səhra komandiri Tural Atayev və 4 nəfər dəstə üzvü öldürülüb.
Hadisə zamanı Rusiya güc strukturlarının bir əməkdaşı həlak olub
və iki əməkdaşı yaralanıb. Rusiya güc strukturlarının yaydığı
məlumata görə, 1988-ci ildə Azərbaycanda doğulmuş Tural Atayev həm
də keçən ilin dekabr ayında Pyatiqorsk şəhərində baş vermiş
terrorun əsas təşkilatçılarındandır.
Bu barədə yayılmış məlumatda bildirilir ki, Atayevin dəstəsi çox
sayda hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetirib, iş
adamlarından reket yolu iri məbləğdə pullar alıb, partlayışlar
təşkil edib. /anspress/