Baş keşiş əhalini Rusiya ilə savaşa çağırdı
Bizi izləyin

Dünya

Baş keşiş əhalini Rusiya ilə savaşa çağırdı

Baş keşiş əhalini Rusiya ilə savaşa çağırdı

Ukrayna pravoslav kilsəsinin Kiyev Patriarxlığının baş keşişi Filaret Rusiya ilə müharibə təhlükəsi qarşısında ukraynalıları birliyə və qarşılıqlı hörmətə çağırıb.

“Axar.az” xəbər verir ki, onun bu cür çıxış etməsinə səbəb rus hərbi qoşunlarının Ukraynanın şərq vilayətlərinə hücuma hazırlaşmasıdır:

“Rusiya təkcə Krımı özünə birləşdirmədi, hazırda ölkəmizə qarşı yeni hərbi aqressiyaya hazırlaşdığı xəbərləri yayılır. Onlar ölkəmizlə həmsərhəd olan Bryansk vilayətində, cənubda Rostov vilayətində, həmçinin Krım və Dnestryanı separatçı qurumlarda iri hərbi qoşun dəstələri cəmləşdirməkdədir. Düşmən Rusiya müharibə elan etmədən torpaqlarımızı zəbt edib, proses davam edir. Ancaq indi hamımızdan çox şey asılıdır - ya biz onların təcavüzkar hərəkətinin qarşısını almalıyıq, ya da düşmən torpaqlarımızı istila edəcək”.

Filaretin sözlərinə görə, düşmənin hərəkətlərinin qarşısını yalnız xalqın birliyi ala bilər və bunun üçün millətin ruhi gücünü sərgiləmək lazımdır.

Bundan başqa, Filaret həmçinin Rusiyaya və onun rəhbərliyinə də səslənib:

“Silahlı-silahsız, hərbi formada, yaxud mülki geyimdə, fərq etməz - torpaqlarımızı zəbt etməyə qalxarsınızsa, töküləcək qanın məsuliyyəti rüsvayçılıqla sizin üzərinizə düşəcək, necə ki, günahsız Habilin qanı qardaşı Qabilin üzərində qalmışdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm