Neftin qiyməti dəniz quldurlarını vurdu
Bizi izləyin

Dünya

Neftin qiyməti dəniz quldurlarını vurdu

Dünya bazarında neftin qiymətinin düşməsi Somali dəniz quldurlarının fəaliyyət istiqamətini də dəyişdirib.

Publika.az BBC-nin rus xidmətinə istinadən xəbər verir ki, bu haqda Amerikanın “Oceans Beyond Piracy” təşkilatının məruzəsində deyilir.

Dəniz quldurları neftin qiymətinin düşməsindən sonra nadir hallarda neft tankerlərinə hücum edirlər. Neftin daha az gəlirli sahəyə çevrilməsi ilə dəniz quldurları insan oğurluğuna üstünlük verməyə başlayıb.

Məruzəyə görə, Qvineya körfəzi quldurların artan zorakılığı ilə əlaqədar dəniz səyyahları üçün dünyanın ən təhlükəli yeri olub.

2015-ci ildə Somali quldurları heç bir ticarət gəmisini tutmayıb. Amma 2016-cı ilin əvvəlindən 44 dəniz səyyahı oğurlanıb.

Eyni zamanda bütovlükdə dünyada piratlığın səviyyəsi tədricən aşağı düşür. 2016-cı ilin birinci rübündə Beynəlxalq Dəniz Bürosu piratlıq və silahlı hücumla bağlı 37 hadisəni qeydə alıb. Ötən ilin müvafiq dövründə isə 54 hücum olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm