Türkiyənin yeni baş naziri mayın 22-də bəlli olacaq
Bizi izləyin

Dünya

Türkiyənin yeni baş naziri mayın 22-də bəlli olacaq

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayının tarixi müəyyən edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qurultay mayın 22-də keçiriləcək.

Bu barədə qərar AKP-nin Mərkəzi İdarə Heyətinin toplantısında qəbul edilib. Toplantı təxminən 35 dəqiqə davam edib və baş nazir, AKP-nin sədri Əhməd Davudoğlunun vida toplantısı olub.

Əhməd Davudoğlu qurultayda partiya sədrliyinə namizəd olmayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm