Dünyanın ən böyük almazı satışda – FOTO/VİDEO
Bizi izləyin

Dünya

Dünyanın ən böyük almazı satışda – FOTO/VİDEO

İngiltərənin məşhur “Sotheby's” hərrac evi tennis topu böyüklüyündəki “Lesedi La Rona” adlı almazı hərraca çıxarıb.

Publika.az xəbər verir ki, hərracda ilkin qiymət 70 milyon dollar olacaq. Almazın adı Afrika dillərindən birində “İşığımız” mənasını verir.

Hərrac evindən verilən açıqlamaya görə, 2015-ci ilin noyabr ayında tapılan bu almazın 3 milyard il yaşı var. “Lesedi La Rona” yüz ilin ən böyük zərgərlik keyfiyyətli almazıdır. Hərrac evinin səlahiyyətlilərindən olan Devid Bennett 111 karatlıq daşın indiyə kimi kəsilib parlaqlıq verilmiş ən böyük və ən keyfiyyətli ikinci almaz olduğunu bildirib.

Qeyd edək ki, 3106 karatlıq (621,35 qram) “Kullinan” (“Afrika Ulduzu”) dünyanın ən böyük almazı olub. Ancaq “Kullinan” 1905-ci ildə doqquz yerə bölündüyü üçün hazırda “İşığımız”ın rəqibi yoxdur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm