Siyasətçiyə atılan qumbara 28 adamı yaraladı
Bizi izləyin

Dünya

Siyasətçiyə atılan qumbara 28 adamı yaraladı

Müxalifət ölkənin müvəqqəti hökumətinin istefasını və növbədənkənar seçkilərin ləğv edilməsini tələb edir

Banqkokun mərkəzində hökumət əleyhinə nümayişçi qrupun üzərinə atılan qumbaranın partlması nəticəsində 28 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, daha əvvəl 8 nəfərin xəsarət aldığı bildirilirdi. Naməlum şəxslər partlayıcı qurğunu və ya qumbaranı Sutxeb Txıaksubanın lideri olduğu nümayişçilərə atıblar. O, xəsarət almayıb.

Banqkokda müxalifət ölkənin müvəqqəti hökumətinin istefasını və növbədənkənar seçkilərin ləğv edilməsini tələb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm