Putinə şikayət etdi, evi yandırıldı
Bizi izləyin

Dünya

Putinə şikayət etdi, evi yandırıldı

“Çeçenistan Respublikası sakininin evinin Rusiya prezidentinə şikayətindən sonra yandırılması haqqında informasiya təsdiqlənərsə, bu hüquq-mühafizə orqanları tərəfindən reaksiya üçün səbəbdir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Reskov bildirib.

“Əgər bu fakt həqiqətən baş veribsə, əlbəttə ki, bu hüquq-mühafizə orqanlarının təcili reaksiyası üçün səbəbdir”, - o, deyib.

Həmçinin Peskov qeyd edib ki, sözügedən hadisə haqqında eşitməyib.

“Çernovik” nəşrinin yazdığına görə, Çeçenistanın Kenxi kəndinin sakini Ramazan Calaldinovun evi yandırılıb. Nəşrin məlumatına görə, o, aprel ayında Putinə pis həyat şəraitindən şikayət edib və respublika rəhbərliyinin problemlərə diqqət yetirmədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm