Ərdoğan: “O silahlar sizi də vuracaq!”
Bizi izləyin

Dünya

Ərdoğan: “O silahlar sizi də vuracaq!”

“Terror təşkilatına silah dəstəyi verən ölkələrin kim olduğunu bilirik, eyni silahlar bir gün həmin ölkələri də vuracaq”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda təşkil edilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin su ehtiyatları nazirlərinin toplantısında deyib.

Qeyd edək ki, Türkiyə prezidenti daha əvvəl Qərb ölkələrini ikili standartlı siyasət yürütməkdə ittiham edərək, onları PKK və YPG (PKK terror təşkilatının Suriya qolu) qruplaşmalarını silahlandırmaqda təqsirləndirib.

“Biz terrorçuların istifadə etdiyi silahların Qərb istehsalı olduğunun şahidi oluruq. Onların əllərində olan silahlar müxtəlif Qərb ölkələrində istehsal olunub. Yəni, terrorçuların malik olduğu silahlar terror təşkilatları ilə mübarizə barədə daim bəyanatlar verən ölkələr tərəfindən istehsal olunub”, - Ərdoğan qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm