Tiflis Avropa Birliyi ilə viza rejiminin ləğvini istəyir
Bizi izləyin

Dünya

Tiflis Avropa Birliyi ilə viza rejiminin ləğvini istəyir

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Avropa Birliyi ölkələri daimi nümayəndələr komitəsini Gürcüstana qarşı viza rejimini götürməyə çağırıb.

Komitə bundan əvvəl viza rejiminin ləğvini təsdiqləməkdən imtina edib. Canelidze komitənin viza rejimini ləğv edəcəyinə ümidlə yanaşdığını bildirib.

Ədliyə və daxili işlər nazirlikləri şurası iyunun əvvəllərində məsələ ilə bağlı qərar qəbul eləməlidir.

Canelidze bildirib ki, Avropa Birliyinin sonuncu “Şərq Tərəfdaşlığı” sammitində xarici işlər nazirləri Gürcüstanın bunun üçün lazım olan bütün öhtəlikləri yerinə yetirməsini təsdiqləyiblər.

Bundan başqa Avropa Komissiyası Avropa Şurası ilə Avropa Parlamentinə müsbət qərar verməyi məsləhət görüb.

“Şərq Tərəfdaşlığı” proqramına Ukrayna, Belarus, Moldova, Gürcüstan və Azərbaycan daxildir.

Amma Azərbaycan Avropa birliyi ilə bu formatda yox, bərabər hüquqlu başqa formada əməkdaşlığın tərəfdarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm