Krım nüvə yarımadasına çevrilir - Perspektiv
Bizi izləyin

Dünya

Krım nüvə yarımadasına çevrilir - Perspektiv

Krım nüvə yarımadasına çevrilə bilər

Rusiyanın prezidentinin fərmanı ilə Krım və Sevastopol Rusiya Cənub hərbi dairəsinin tərkibinə daxil edilib.

Publika.Az–ın verdiyi xəbərə görə, bu barədə “Nezavisimaya qazeta” bildirib.Qəzet fərmanın imzalanması ilə NATO hərbi qruplaşmalarının Şərqi Avropa ərazisində fəallaşmasının eyni vaxtda düşməsinə diqqət çəkir. Rusiya nəşri Rusiya sərhədlərində Ukrayna ordusunun gücünün əhəmiyyətli şəkildə artdığını və regionda hərbi münaqişə təhlükəsinin çoxaldığını qeyd edir.

Rusiyanın hərbi ekspertləri isə hesab edir ki, Moskva Krımın müdafiə qabiliyyətinin artırılması və mümkün təhlükənin neytrallaşdırılması üçün təcili tədbirlər görməlidir. Onların fikrincə, bu tədbirlərdən biri də yarımada ərazisində nüvə silahının yerləşdirməsi ola bilər. Eksperlər Rusiyanın NATO və ABŞ mümkün hərbi qarşıdurmasında bunun əhəmiyyətli bir hərbi arqument ola biləcəyini bildirir.

İctimai-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyevin sözlərinə görə, yarımada ərazisində yerləşdirilməsi üçün heç bir rəsmi maneə yoxdur.

“1996-cı ilə qədər Krımda nüvə-texniki anbarı var idi. Anbarda SSRİ vaxtından qalmış nüvə döyüş sursatları yerləşirdirilirdi. 1994-cü ildə Rusiya, ABŞ və Ukrayna arasında nüvə silahının Rusiyaya verilməsi barədə müqavilə imzalandı və bu silahlar 1996-cı ilə qədər Krım ərazisindən çıxarıldı. Amma anbar qalıb və onu bərpa etmək üçün böyük əmək sərf etmək lazım deyil. Amma əsas məsələ odur ki, hazırda bu Rusiyaya lazımdırmı? Toqquşmalar mümkündür, çünki, Qərb Krım referendum və Rusiyaya birləşməsini tanımayıb”, - V.Yevseyev qeyd edir.

ABŞ və NATO-nun hərbi potensialının Rusiyanı hərbi potensialını bir neçə dəfə üstələdiyini deyən ekspert taktiki nüvə silahının yarımada ərazisində yürləşdirilməsinin Moskva üçün əhəmiyyətli olacağını bildirir.

Bir vaxtlar Rusiya Müdafiə Nazirliyində beynəlxalq hərbi əməkdaşlığı baş idarəsinə başçılıq edən general-polkovnik Leonid İvaşov hesab edir ki, NATO və ABŞ-ın hərbi ritorikanı artırması, Rusiya sərhədlərində hərbi qruplaşmaların sayını artırmaq cəhdi Moskvanın cavab hərəkətlərini doğura bilər. “Krım ərazisində taktiki-nüvə silahının yerləşdirilməsi üçün bizə heç nə maneə olmur. Qərb unutmamalıdır ki, Krım indi Rusiyanın ərazisidir və beynəlxalq müqavilələrə zidd deyilsə yarımada ərazisində istənilən silahı yerləşdirə bilərik”.

“Nezavisimaya qazeta” Krımda yaxın vaxtlarda Cənub hərbi dairəsinin yeni hərbi infrastrukturunun formalaşmasına başlanılacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm