Dünya
Ukrayna böhranını necə həll etmək olar?- Lavrov Moskvanın planını açıqladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı Böyük Britaniyanın “The Guardian” qəzetində yazı dərc edib.
Publika.Az – ın verdiyi xəbərə görə, rusiyalı nazir ABŞ və Avropa Birliyi tərəfindən Ukrayna ilə bağlı həyata keçirdiyi xətti qeyri-konstruktiv və təhlükəli adlandırıb.
Məqalə “Rusiya Ukraynada stabilliyi pozmur” adlanır. Rusiyanın bir çox illərdə enerjidaşıyıcılarını aşağı qiymətlə sataraq Ukrayna iqtisadiyyatına maddi yardım etdiklərini xatırladan S.Lavrov böhranın ilk günlərində - keçən ilin noyabrında Rusiya və Avropa İttifaqı arasında təcili konsultasiyaların keçirilməsi barədə Kiyevin ideyasını dəstəklədiklərini bildirib. Rusiya xarici işlər naziri Brüsselin bu ideyanı qəti surətdə rədd etdiyini deyib.
Qərbin Ukrayna Konstitusiyasını birbaşa pozmaqla proseslərə müdaxilə etdiyini deyən S.Lavrov keçmiş prezident Viktor Yuşenkonun Avropa İttifaqının təzyiq altında təyin edilən səsvermənin üçüncü turunun nəticəsi olaraq qalib gəldiyini, hazırda da hakimiyyətin qeyri-demokratik yolla tutulduğunu bildirib.
Rusiyalı nazir ölkəsinin Ukraynada vəziyyətin tezliklə sabitləşməsi üçün hər şeyi etdiyini qeyd edib. O, Ukrayna böhranın həlli üçün yolları da göstərib:
“Birinci addım qanuni hüquqların və Ukraynanın bütün regionlarının maraqlarını təmin edən real konstitusiya islahatının keçirilməsi. Hesab edirik ki, yeni konstitusiya Ukraynanın cənub-şərq regionlarının çoxsaylı çağırışlarına cavab verməlidir. Məsələn, rus dilinin ikinci dövlət dili elan edilməsi.
İkinci addım Ukraynanın neytral statusuna Ukrayna qanunvericiliyində möhkəm zəmanət verilməsidir. Üçüncü addım isə “Sağ sektor” və digər milliyətci qruplaşmaların fəaliyyətinin dayandırılması üçün təcili tədbirlərin həyata keçirilməsidir”.
O, bu addımların atılmayacağı təqdirdə, Ukrayna böhranının gözlənilməz nəticələrinin olacağı barədə Qərbi xəbərdarlıq edib.
Ömər Dağlı
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım