Dünya
Putin və Ərdoğan üçün 200-dən çox jurnalist toplandı
Ötən ilin noyabrında rəsmi Ankara ilə Moskva arasında yaşanan təyyarə böhranından sonra bu gün Sankt-Peterburqda Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında tarix görüş keçirilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüş Sankt-Peterburqun Konstantinov sarayında baş tutub.
Görüşü işıqlandırmaq üçün aralarında Avropa, ABŞ, Yaxın Şərq, Çin və Yaponiyadan olan 200-dən çox media nümayəndəsi Sankt-Peterburqa toplanıb.
“Interfax” informasiya agentliyinin məlumatına görə, Ərdoğan və Medvedev arasında keçirilən görüş “dar formatda” təşkil olunub. Yəni, görüşdə Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov, prezident Vladimir Putinin köməkçisi Yuriy Uşakov, Türkiyə tərəfindən isə xarici işlər naziri Mevlüt Çavuşoğlu və prezident R.T.Ərdoğanın köməkçisi İbrahim Kalın iştirak edirlər.
Daha sonra geniş tərkibli görüşün keçirilməsi gözlənilir.
Vasif Həsənli
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO