Moskvanın tələbi rədd edildi: “ Bu, Ukraynanın parçalanmasına gətirib çıxara bilər”
Bizi izləyin

Dünya

Moskvanın tələbi rədd edildi: “ Bu, Ukraynanın parçalanmasına gətirib çıxara bilər”

Moskvanın tələbi rədd edildi: “ Bu, Ukraynanın parçalanmasına gətirib çıxara bilər”

Vaşinqton Ukraynanın federasiya halına salınması ilə bağlı Moskvanın tələbinə cavab verib.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nuland bunun Ukraynanın parçalanmasına gətirib çıxara biləcəyini deyib.

O, Rusiyanın sözügedən tələbinin qəbuledilməz olduğunu dilə gətirib.

“Konstitusiya islahatı Ukraynanın öz daxili məsələsidir. Bunu məhz ukraynalılar həll etməlidir, ölkəni necə görmək istədiyinə dair məhz ukraynalılar qərar verməlidir, xarici güclər deyil.

Ukraynanın federasiya halına salınması ilə bağlı Rusiyanın tələbi tamamilə qəbuledilməzdir, bu ölkənin parçalanma təhlükəsi ilə qarşı-qarşıya qoya bilər”, - dövlət katibinin müavini söyləyib.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukraynadakı vəziyyətlə bağlı yazısı Böyük Britaniyanın “The Guardian” qəzetində yazı dərc edilib.

O, Ukrayna böhranın həlli üçün yolları da göstərib:

“Birinci addım qanuni hüquqların və Ukraynanın bütün regionlarının maraqlarını təmin edən real konstitusiya islahatının keçirilməsi. Hesab edirik ki, yeni konstitusiya Ukraynanın cənub-şərq regionlarının çoxsaylı çağırışlarına cavab verməlidir. Məsələn, rus dilinin ikinci dövlət dili elan edilməsi.

İkinci addım Ukraynanın neytral statusuna Ukrayna qanunvericiliyində möhkəm zəmanət verilməsidir. Üçüncü addım isə “Sağ sektor” və digər milliyətci qruplaşmaların fəaliyyətinin dayandırılması üçün təcili tədbirlərin həyata keçirilməsidir”.

O, bu addımların atılmayacağı təqdirdə, Ukrayna böhranının gözlənilməz nəticələrinin olacağı barədə Qərbə xəbərdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm