Ukrayna donanması Krımı tərk etdi
Bizi izləyin

Dünya

Ukrayna donanması Krımı tərk etdi

Ukrayna donanması Krımı tərk etdi

Ukrayna Qara dəniz donanmasının 6 gəmisi bu gün Donuzlav gölündən Odessa limanına istiqamət alıb.

Publika.Az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Qara dəniz donanmasının mətbu orqanı olan “Ukrayna donanması” qəzeti bildirib.

Qeyd edək ki, Krımda iğtişaşların başlandığı ilk günlərdə Ukrayna gəmilərinin Donuzlav gölündən çıxmasının qarşısını almaq üçün Rusiya hərbçiləri iki gəmi batırmışdılar.

Krımın ən iri gölü olan Donuzlavla Qara dənizi kiçik bir keçid birləşdirir və həmin keçid 1961-cı ildə yaradılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm