• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

“Rusiya bu halda Qafqaz və Orta Asiyadakı münaqişələri idarə etməli olacaq” - İddia

  • Dünya
  • 22 Aprel 2014 12:47
  • 468 Baxış
“Rusiya bu halda Qafqaz və Orta Asiyadakı münaqişələri idarə etməli olacaq” - İddia

2013-cü ilin noyabrında Ukraynanın Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanı imzalamaqdan imtina etməsindən sonra proseslərin inkişafı arzuolunmaz hal aldı. Bu addım Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi və Rusiya ilə münasibətlər kritik həddə çatdı.

Dünya hazırda ikinci “soyuq müharibə” mərhələsindədir, Krım isə Rusiyaya birləşdirilib.

Publika.Az – ın verdiyi xəbərə görə, Harvard Universitetinin ptofessoru Rober Kaplan “Coğrafiyanın qisası” kitabında Rusiya prezidenti Vladimir Putinin Avropa coğrafiyasının imtina etmədiyini yazıb.

Müəllifə görə, əksinə Rusiyanın Ukraynaya müdaxiləsi Moskvanın Qərb istiqamətində siyasətinin canlandığını göstərir. R.Kaplan hesab edir ki, bu siyasətin uğurla həyata keçirilməsi Rusiyaya Avropada mühüm rol oynamağa imkan verər və eyni zamanda onu demokratik islahatlara olan ehtiyacdan xilas edərdi.

“Ukrayna strateji dövlətdir. Coğrafi nəzarət baxımından Ukrayna Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Ölkənin cənubunda Qara dəniz, Qərbində isə SSRİ-in keçmiş əlaltıları yerləşir. Buna görə də müstəqil Ukrayna Rusiyanın Avropada irəliləyişi üçün ciddi maneə təşkil edir”, - R.Kaplan kitabında yazıb.

Müəllif Ukraynanın Mərkəzi və Şərqı Avropa arasında sərhəd mövqeyini tutduğunu bildirir: “Sbiqnev Bjezinskinin fikrincə, Ukraynasız Rusiya “Asiya imperiyası” olaraq qalacaq. Ukraynasız Rusiya yalnız Qafqaz və Orta Asiya dövlətləri arasında olan münaqişələri idarə etməli olacaq. Ukraynanın zəbt edilməsi (rəsmi və ya faktiki) ilə Rusiya 46 milyon əlavə insan alacaq və ona Avropada çəkisi olan bir fiqur olmağa imkan verəcək. Bjezinski iddia edir ki, sonuncu halda Polşa coğrafi ox olacaq. Hələ Napaleon müharibələri dövründə başlanmış Rusiya və Avropa arasındakı mübarizə indi də davam edir. Kommunizm dağıldı, amma Rusiyanın təbii qazı avropalılara lazımlıdır. Bu qazın yarısı isə Ukrayna vasitəsilə ixrac olunur. Avstraliya xüsusi xidmət orqanlarının analitiki Pol Dibbin hesab etdiyi kimi, dirilən Rusiya strateji sahənin canlandırılması üçün qeyri-stabillik strategiyasından tamamilə istifadə edə bilər. 2008-ci ildə Gürcüstana müdaxilə də göstərdi ki, Putin Rusiyası status-kvonun arxasında dayanmır”.

Ukrayna satdığı qazın qiymətini endirməklə Rusiyanın Qara dəniz donanmasının icarə müddətinin uzadılmasına nail olduğunu qeyd edən Harvard Universitetinin professoru Rusiya qazından olan asılılığının aradan qaldırılması bir sıra addımların atıldığını qeyd edib. O, bütün bunlara baxmayaraq, Rusiyanın təsirinin azaltmaq istiqamətində atılan addımların istənilən nəticə verəcəyini düşünür: “Xəzər qazının Cənubi Qafqaz, Türkiyə və Balkanlar vasitəsilə Mərkəzi Avropaya çatdırılması layihəsi mövcuddur. Bununla paralel olaraq Rusiya Qara dənizin dibi üzrə sualtı qaz kəmərlərinin tikilməsinə hazırlaşır. Türkmənistana gəlincə, o təbii qazını Rusiya vasitəsilə ixrac edir. Beləliklə, təchizatçıların diversifikasiyası həyata keçirilsə belə, Avropanın təchizatı Rusiyadan asılı olacaq. Ona görə də əvvəlki kimi Avropanın gələcəyi Şərqdəki hadisələrlə sıx bağlıdır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR