Dünya
BEYNƏLXALQ QRUP: 298 nəfəri Moskva öldürüb - VİDEO
2014-cü ildə Malayziyanın “Boeing-777” sərnişin təyyarəsini vuran “Buk” zenit-raket kompleksi Rusiyadan Donbasdakı separatçılara çatdırılıb.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə təyyarə qəzasını araşdıran beynəlxalq qrupun başçısı, holland prokuroru Fred Vesterbeke qəzada həlak olanların qohumları ilə görüşdə bildirib.
Qrup bu nəticəyə şahidlərin ifadələri, separatçıların danışıqlarının audioyazılarına, sosial şəbəkələrdəki videolara və peyk şəkillərinə söykənərək gəlib. Müstəntiqlər iddia edirlər ki, təyyarə “Buk” zenit-raket kompleksindən buraxılmış 9M38 seriyalı raketlə vurulub.
Bundan başqa, müstəntiqlər qurbanların qohumlarına bildiriblər ki, Ukrayna silahlı qüvvələrinin təyyarə qəzası ilə heç bir əlaqəsi yoxdur. Raketin buraxıldığı əraziyə – Pevomayskiy qəsəbəsinə 2014-cü ilin iyulunda rusiyayönlü döyüşçülər tərəfindən nəzarət edilirdi.
İstintaq qrupu Malayziya, Ukrayna, Niderland, Belçika və Avstraliyanın hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarətdir.
Qeyd edək ki, Malayziya təyyarəsi 17 iyul 2014-cü il tarixində Ukraynanın şərqində vurulub. Amsterdamdan Kuala-Lumpura uçan təyyarədəki 298 sərnişinin hamısı həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşı idi.
ABŞ da təyyarənin rusmeyilli separatçılar tərəfindən vurulması versiyası müdafiə edir. Rəsmi Kiyev də təyyarənın Rusiyanın separatçılara verdiyi “Buk” zenit-raket sistemi ilə vurulduğunu bildirib.
Niderland Təhlükəsizlik Şurası da ötən ilin oktyabrında açıqladığı hesabatında sərnişin təyyarəsinin Rusiyanın “Buk” zenit-raket kompleksi ilə vurulduğunu açıqlayıb.
Qurumun sədri Çibbe Yaustra bildirib ki, bu, Niderland Təhlükəsizlik Şurasının apardığı istintaqın rəsmi nəticəsidir.
Moskva isə bu iddiaları rədd edir.
Bu gün həmçinin istintaq qrupunun mətbuat konfransı keçirilib. Niderland polisinin araşdırmalar üzrə departamentinin başçısı Qilbert Paulissen “Buk” zenit-raket kompleksinin təyyarənin vurulmasından sonra Rusiyaya aparıldığını bildirib.
Onun sözlərinə görə, raket separatçıların nəzarətində olan Pervomayskiy kəndinin yaxınlığındakı fermanın ərazisindən buraxılıb.
“Bunu ABŞ da təsdiq edir. Raketin işə salındığı ərazi Snejnoqo kəndindən altı kilometr cənubda idi”, - o, deyib.
Ömər Dağlı
ının səsini eşidirdilər və onun kondensasiya izini gördülər.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi